Ukraynada 8 yaşlı gimnast ölüb


Dünya 19 Sen 2018 20:28:00 220 0

Ukraynada 8 yaşlı gimnast ölüb

Ukraynanın 8 yaşlı gimnastı Marqarita Lukaşuk vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, idmançı Slavutiçdəki sağlamlıq düşərgəsində zəhərləndikdən sonra ölüb.

O, iyul ayında zəhərlənib və iki aydan çox komada qalıb. Onun durumunun digər zəhərlənən 12 uşaqdan daha ağır olduğu bildirilib.