Rusiyada azərbaycanlı deputatlar ətrafında qalmaqal


Dünya 19 Sen 2018 20:16:00 317 0

Rusiyada azərbaycanlı deputatlar ətrafında qalmaqal

Bu günlərdə Rusiyada yerli seçkilər keçirilib. Seçkilər Krasnoyarskda da baş tutub. Krasnoyarsk şəhər şurasına seçkilərin nəticələrinə əsasən, iki azərbaycanlı - 32 yaşlı Səməd Qurban oğlu Yusubov və 57 yaşlı Taleh Sədi oğlu Mahmudov deputat seçilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, onların bəzi qalmaqallarda, o cümlədən 15 il əvvəl baş verən qətl hadisəsində əli olub. 

32 yaşlı Səməd Yusubov "Ədalətli Rusiya" partiyasından seçilib. O, dövlət yol polisinin əməkdaşıdır və böyük qalmaqalda adı hallanıb. 

Gürcüstanın sabiq deputatıdır. Yusubov uşaq olan zaman onun ailəsi Krasnoyarska köçüb və burada qeydiyyata düşüb. Onun atası Qurban Yusubov qənnadı məmulatlarının istehsalı ilə məşğul olub. Həmçinin o, "Oniks" şirkətinin sahibi olub və şirkətə oğlu Səməd Yusubov rəhbərlik edib. Hazırda şirkət bağlanıb. 

Səməd Yusubov Yolların idarə olunması dövlət təşkilatının direktorunun müavini vəzifəsində çalışır. 2017-ci ildə Yusubovun gəliri 3,2 milyon rubl olub. 

Bir neçə il əvvəl Yusubovun adı yol sahəsindəki qalmaqalda hallanıb. 2012-ci ildə onun idarəçilik etdiyi təşkilatın işçisi Dmitri Kryajev sosial şəbəkədə bölgə deputatlarına müraciət edib.

O, Yusubovu, onun idarə etdiyi şirkətin rəhbərliyini "cinayətkar qrup" adlandırıb. Kryajev rəhbərliyi maliyyə fırıldağında ittiham edib. O deyib ki, polisə şirakət etdikdən sonra onu təhdid edib və hətta işə buraxmayıblar. Kryajev məhkəmə vasitəsilə ona verilən töhməti ləğv etdirdi. Bundan sonra Yusubov onu məhkəməyə verdi və bir milyon rubl təzminat istədi. 

O, iddiasında bildirirdi ki, Kryajevin şikayətindən sonra araşdırmalar aparılıb və ittihamlar təsdiq edilməyib.