Azərbaycan bal istehsalını artıracaq


Digərləri 19 Sen 2018 20:18:00 251 0

Azərbaycan bal istehsalını artıracaq

Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb:

"Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır".