Qətər İngiltərədən “Tayfun” alır


Dünya 19 Sen 2018 20:08:00 291 0

Qətər İngiltərədən “Tayfun” alır

Qətərlə İngiltərə arasında döyüş təyyarələrinin alqı-satqısı üzrə müqavilə imzalanıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, imzalanan müqaviləyə əsasən 24 ədəd "Tayfun" tipli döyüş təyyarəsi və 9 ədəd "Hawk'" tipli təlim təyyarəsi alınacaq.

Təyyarələrin 2022-ci ildə Qətərə təhvil verilməsi gözlənilir.