Prezidentin Agentlik sədri təyin etdiyi Sadıq Sadıqov kimdir?


Digərləri 19 Sen 2018 19:54:00 316 0

Prezidentin Agentlik sədri təyin etdiyi Sadıq Sadıqov kimdir?

Xəbər verdiyimiz ki, Prezident  İlham Əliyevin bu gün imzaladığı sərəncamla Sadıq İzzət oğlu Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədri təyin edilib.

Son.az modern.az-a istinadən bildirir ki, Sadıq Sadıqov 2015-2016-cı illərdə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.