Pakistanın keçmiş baş naziri azadlığa buraxılıb


Dünya 19 Sen 2018 19:08:00 229 0

Pakistanın keçmiş baş naziri azadlığa buraxılıb

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 500 min rupi (4 min dollar) girov qarşılığında azadlığa buraxılıb.

Son.az report-a istinadən xəbər verir ki, girovu onun qızı Məryəm və kürəkəni Məhəmməd Səfdər ödəyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. Ötən il oktyabrın 19-da Pakistan məhkəməsi N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı korrupsiya ittihamı irəli sürüb.