Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər


Dünya 19 Sen 2018 18:52:00 267 0

Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər

Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib ki, ölkəsinin rəhbərliyi Krım məsələsi ilə bağlı Moskvanın mövqeyini dəstəkləyir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, o bunu "İzvestiya"ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Fələstin tərəfi Krımda nələrin baş verdiyini çox yaxşı bilir və xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edir.