Qadınlara qənim kəsilən oğru DANIŞDI


Kriminal 19 Sen 2018 18:32:00 270 0

Qadınlara qənim kəsilən oğru DANIŞDI

"Qulağındakı sırğanı dartdım qaçdım"

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, polis idarəsinə müraciət edən qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədən naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb. Onun ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə başqa cinayətlərinin də üstü açılıb. Belə ki, həmin şəxsin müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2.000 manata yaxın maddi ziyan vurduğu sübut olunub.


Xəbərə aid foto