Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir


Digərləri 19 Sen 2018 18:38:34 237 0

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub.

Bakı. Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb. Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.