Elxan Ələsgərov: "Xəzər mediaforumu ölkələr arasında münasibətlərdəki boşluqları doldurmalıdır"


Digərləri 19 Sen 2018 18:28:00 285 0

Elxan Ələsgərov: "Xəzər mediaforumu ölkələr arasında münasibətlərdəki boşluqları doldurmalıdır"

Bu gün Həştərxanda dördüncü beynəlxalq Xəzər mediaforumu start götürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, foruma 250-dən çox iştirakçı, o cümlədən beş Xəzəryanı ölkənin media strukturlarının nümayəndələri qatılıb.

Foruma həmçinin Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan ekspertlər, informasiya siyasətinə cavabdeh dövlət orqanlarının nümayəndələri dəvət olunub. TREND İnformasiya Agentliyini tədbirdə baş direktorun müavini Elxan Ələsgərov təmsil edir.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin açılış nitqi ilə mediaforum iştirakçılarına müraciət edib və tədbiri "dənizaşırı informasiya körpüsü" adlandırıb:

"Birinci forum cəmi üç il əvvəl keçirilib. Amma bu müddət ərzində ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün çox şey etmək mümkün olub: iqtisadiyyatların qarşılıqlı fəaliyyəti artır, yeni əlaqə kanalları, nəqliyyat marşrutları yaranır. Ən əsası isə qonşular arasında dostluq və qarşılıqlı anlaşma möhkəmlənir".

Forum çərçivəsində müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş tədbirlər, mühazirə və seminarlar keçiriləcək. Əsas diqqət Xəzər regionu ölkələrinin KİV-ləri arasında informasiya mübadiləsinə həsr olunan layihə təşəbbüslərinin və praktiki məsləhətlərin hazırlanmasına yönəldilib.