Bakı Beynəlxalq Dəniz Ticarət Limanı texniki xidmətlərə dair proqram təminatının satınalınması ilə bağlı müsabiqənin müddətini uzadıb


Digərləri 19 Sen 2018 18:12:00 229 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı texniki xidmətlərə dair proqram təminatının satınalınması ilə bağlı müsabiqənin müddətini uzadıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində olan avadanlıq və mexanizmlərə effektiv texniki xidmətlərin göstərilməsinə dair proqram təminatının (Maintenance Program Software) satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

Bakı. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində olan avadanlıq və mexanizmlərə effektiv texniki xidmətlərin göstərilməsinə dair proqram təminatının (Maintenance Program Software) satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb. QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 24 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 27 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 28 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.