Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı


Digərləri 19 Sen 2018 17:54:00 167 0

Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, təqsirləndirilən şəxs istintaq zamanı həbs edilməyib, polisin nəzarətinə verilib. Lakin o, istintaqdan yayındığı üçün axtarışa verilərək həbs edilib.