Bəraət alan şəxsin ürəyi getdi


Digərləri 19 Sen 2018 17:22:00 225 0

Bəraət alan şəxsin ürəyi getdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimova hökm oxunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. İbrahimovun günahsız olması qərarına gəlinib və ona bəraət verilib. Məhkəmə zalından azadlığa buraxılan E. İbrahimov sevindiyindən huşunu itirib. 

İttihama görə, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb. 

E. İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.