Direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı


Digərləri 19 Sen 2018 17:20:00 234 0

Direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı

Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılan video görüntülərdə Bakının 22 nömrəli tam orta məktəbinin direktoru tərəfindən ona əxlaqsız təklifin edilməsi iddiası ilə çıxış edən Tünzalə Əhmədovanın məktəbə ziyan vurması ilə bağlı müvafiq araşdırmaya başlayıb.

Son.az bildirir ki, bu barədə Trend-ə 22 nömrəli tam orta məktəbdən bildirilib.

Məktəbdən qeyd dilib ki, videogörüntüdə 1-ci növbənin bitməsini gözləyən və öz övladlarını qarşılayan valideynlər əks olunub. Bu zaman aparılan videoçəkilişdə məktəb direktoru tərəfindən valideynə etikadan kənar təklif edilməsi iddiası həqiqəti əks etdirmir:

"Bu, növbəti dəfə məktəbə qarşı qərəzli, şou-xarakterli münasibətin nümunəsidir. Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Həmin gün 1-ci növbəni yola salıb və 2-ci növbəni qəbul edən məktəb direktoru müraciət edən bütün valideynləri dinləyib. Heç bir narazılıq və hər hansı bir insident olmayıb. Sadəcə sonradan məktəbin valideyni, müntəzəm olaraq öz qalmaqalları, münaqişələri və əsassız iddiaları ilə, qeyri-etik, qeyri-mədəni və hətta tərbiyə normalarına sığmayan davranışları ilə tanınan Əhmədova Tünzalə Kamandar qızı xuliqanlıq hərəkətləri edərək məktəbin giriş şüşəsini sındırıb".