Poçettino: "İnter-lə oyunda üstün tərəf biz idik"


İdman 19 Sen 2018 17:05:00 283 0

Poçettino: "İnter-lə oyunda üstün tərəf biz idik"

Tottenham-in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında İnter-ə səfərdə 1:2 hesabıyla məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Goal.az xəbər verir ki, argentinalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında nəticənin ədalətli olmadığını deyib: 

“Komanda olaraq yaxşı oyun sərgilədik. Nəticə fərqli ola bilər, ancaq hər kəs gördü ki, oyunda üstün tərəf biz idik. Futbolçularımız 86-cı dəqiqədən sonra rahatlaşdılar və bu bizə baha başa gəldi. Ümumilikdə komandamdan razı qaldım. Mövsümün ən yaxşı oyununu keçirdik”.