Venesuela prezidenti Nüsrətin restoranına getdi


Digərləri 19 Sen 2018 16:38:00 265 0

Venesuela prezidenti Nüsrətin restoranına getdi

Venesuela prezidenti Nikolas Maduro türkiyəli aşpaz Nüsrət Gökçenin restoranına gəlib. Bundan sonra internet istifadəçiləri onu bədxərclikdə ittiham ediblər.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Bununla bağlı "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, venesuelalı lider həyat yoldaşı ilə birlikdə "Nurt-Et" restoranına baş çəkmək üçün Türkiyəyə gəlib. Orada prezident və xanımı dəyəri 100 dollar olan yemək sifariş ediblər və üzərində "Salt Bae" yazılmış futbol köynəyi hədiyyə qazanıblar.

Bundan başqa, Gökçə Maduroya fərdi qutuda siqar verib. Videogörüntüdə prezidentin "Bu, həyatda bir dəfə olur" fikrini deməsi aydın eşidilir.