Tolik: "Market rəhbərinin vicdanı varsa, o 3 nəfəri işdən çıxarsın, döyülənə iş versin"


Şou-biznes 19 Sen 2018 16:14:00 262 0

Tolik: "Market rəhbərinin vicdanı varsa, o 3 nəfəri işdən çıxarsın, döyülənə iş versin"

Tanınmış prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində maraqlı açıqlama verib.

Son.az big.az-a istinadən xəbər verir ki, prodüser marketdən yağ oğurlayan və bu səbəbdən onu döyən şəxslərdən danışıb.

O market rəhbərliyinə müraciət edərək, deyib: "Əgər vicdanın varsa, o 3 nəfəri işdən çıxarıb, həmin o yağ oğurlayan şəxsə iş ver. Mən öz adımdan deyirəm ki, o ailənin bir həftəlik bazarlığını edəcəm. Həmin şəxs mənə yazsın". Həmin görüntüləri təqdim edirik: