Ən varlı narkobaronun əkizlərinin ad günündən


Dünya 19 Sen 2018 16:02:00 243 0

Ən varlı narkobaronun əkizlərinin ad günündən

Dünyanın ən təhlükəli v ən zəngin narkobaronu sayılan "El Çapo"nun əkiz qızlarının ad günü olub. Ad günü Meksikanın paytaxtı Mexikodakı restoranlardan birində təntənə ilə qeyd olunub.

Son.az El Mundo-ya istinadən bildirir ki, 61 yaşlı Xoakin Arçivaldo Qusman Loera "Ankar" klanının rəhbəri, "Sinaloa" narkokartelinin banisi və lideridir.

O, "El Çapo" ("Tösmərək") ləqəbi ilə tanınır.

Milyardlarla dollarlıq varidatı olan El Çapo hazırda ABŞ-da həbsdədir.

Onun xanımı, "Miss Meksika" gözəllik müsabiqəsinin qalibi olmuş model Emma Koronel əkiz qızlarının ad günü üçün təxminən 120 min dollar xərcləyib.

Emali və Mariyanın ad günlərindən fotoları İnstagram-dakı profilində paylaşan Koronel "Şahzadələrimin 7 yaşı tamam oldu!" yazıb.


Xəbərə aid fotolar