Arsenal-ın Qarabağ-la oyunda itkiləri dəqiqləşdi


İdman 19 Sen 2018 16:04:00 279 0

Arsenal-ın Qarabağ-la oyunda itkiləri dəqiqləşdi

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə Arsenal-ının zədəli futbolçularının durumu müəyyənləşib. Goal.az xəbər verir ki, London təmsilçisinin futbolçuları Sead Koloşinats, Enzli Meytlend-Naylz, Karl Cenkinson və Loran Koselni bu ay meydana çıxmayacaq.

Müdafiəçi Koloşinats və yarımmüdafiəçi Meytlend-Naylzın oktyabrın əvvəllərində tam olaraq kollektivə qoşulaqları gözlənilir. Müdafiəçilər Cenkinson və Koselni isə noyabrda komandaya qoşulacaq.

Bu futbolçulardan yalnız Meytlend-Naylzın adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilməyib. Cenkinson və Koselninin Avropa Liqasının qrup mərhələsinin II turunda Qarabağ-la səfər oyununda iştirak etməyəcəyi dəqiqləşib. Koloşinatsın isə Bakıya gəlib-gəlməyəcəyi bilinmir. 

Oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ - Arsenal matçı saat 20:55-də start götürəcək.