Chelsea-də yeni müqavilə


İdman 19 Sen 2018 15:44:00 292 0

Chelsea-də yeni müqavilə

Chelsea gənc futbolçusu Etan Ampadu ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 18 yaşlı futbolçu 2023-cü ilə qədər “zadəganlar”ın şərəfini qoruyacaq. Ampadu 2017-ci ilin yayında İngiltərə 2-ci liqa təmsilçisi Exeter City klubundan transfer edilib.

 Uels millisinin də şərəfini qoruyan Ampadu, Chelsea-də ötən mövsüm İngiltərə Karabao kubokunun 3-cü turunda Nottingham Forrest-ə qarşı keçirilən oyunda debüt edib.