Ölkədəki hotellər nə qədər gəlir qazanır?


Digərləri 19 Sen 2018 15:30:00 288 0

Ölkədəki hotellər nə qədər gəlir qazanır?

Azərbaycanda bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 756,8 min nəfər, gecələmələrin sayı 1288,9 min adam-gecə olub.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilimiş şəxslərin sayında 25,8%, gecələmələrdə 19,3%, gəlirdə 22,3% artım müşahidə edilib.

Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.