Neqredonun BƏƏ klubuna transferi rəsmiləşdi


İdman 19 Sen 2018 15:25:00 275 0

Neqredonun BƏƏ klubuna transferi rəsmiləşdi

Beşiktaş-ın futbolçusu Alvaro Neqredonun Birləşmiş Ərəb Əmirliklərinin Al Nasr klubuna transferi rəsmiləşib. Goal.az xəbər verir ki, ispaniyalı forvard yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 

880 min avro qarşılığında Al Nasr-a transfer olunan Neqredo, burda ilk mövsümdə illik 4,5 milyon avro məvacib qazanacaq. İkinci mövsümdə isə 3,5 milyon avro alacaq 33 yaşlı futbolçu yeni klubunda toplam 8 milyon avro qazanacaq. Neqredo yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.

 Beşiktaş Neqredonu ötən mövsümün əvvəlində İspaniyanın Valencia klubundan 2,5 milyon avroya transfer etmişdi. İspaniyalı forvard ötən mövsüm "qara qartallar"ın heyətində 43 oyuna 15, bu mövsüm isə 5 qarşılaşmaya 3 qol vurub.