Baş nazir iynəli çiyələklərdən danışdı: Günahkar 15 il həbs edilsin


Digərləri 19 Sen 2018 14:44:00 283 0

Baş nazir iynəli çiyələklərdən danışdı: Günahkar 15 il həbs edilsin

Avstraliyanın Baş naziri Skot Morrison meyvələrə iynə salan şəxslərə qarşı cəzanın ağırlaşdırılması və 15 il azadlıqdan məhrum edilmələri barədə təklif səsləndirib.

Bakı. Orxan Nəbiyev - Avstraliyanın Baş naziri Skot Morrison meyvələrə iynə salan şəxslərə qarşı cəzanın ağırlaşdırılması və 15 il azadlıqdan məhrum edilmələri barədə təklif səsləndirib. Trend-in məlumatına görə, federal tədqiat ilk dəfə Avstraliyada 21 yaşlı şəxs çiyələyin içərisinə yerləşdirilmiş iynəni udduqdan sonra başlayıb. Bundan sonra Kuinslend ştatında mağazalarda çiyələklər satışdan yığışdırılıb.