Əlil qız gözəllik müsabaqisində heyran etdi VİDEO FOTO


Digərləri 19 Sen 2018 14:49:00 399 0

Əlil qız gözəllik müsabaqisində heyran etdi  VİDEO  FOTO

İtaliyanın Milan şəhərində "Miss İtalia 2018" gözəllik müsabiqəsi başa çatıb.

Son.az Eurpean-a istinadən bildirir ki, 18 yaşlı Kyara Bordi müsabiqəni 3-cü pillədə başa vurub.

Kyaranın sol ayağı dizdən kəsilib və o, protezdə gəzir.

13 yaşı olanda mopeddə qəzaya düşən və sol ayağı dizdən amputasiya olunan Kyara üçüncü yeri qələbə saydığını deyib.

"Belə məşhur müsabiqədə tutduğum yer mənim üçün qürur və fəxrdir. Protezli olmağım da problem deyil", - Kyara söyləyib.


Xəbərə aid fotolar