Berluskoni İtaliyada yeni klub alıb


İdman 19 Sen 2018 14:29:00 261 0

Berluskoni İtaliyada yeni klub alıb

Milan-ın keçmiş prezidenti Silvio Berluskoninin İtaliyanın 3-cü seriyasında çıxış edən Monza klubunu alıb. Goal.az xəbər verir ki, Monza-nın prezidenti Nikola Kolombo klubun səhmlərinin 95 faizini Berluskoniyə satdıqlarını bildirib. Bu barədə İtaliya mətbuatına açıqlama verən Kolombo bunları deyib:

 “Səhmlərin 95 faizi Berluskoniyə, qalan 5 faizi isə mənə məxsus olacaq. Klubun gələcək inkşafını nəzərə alaraq, belə bir addım atdıq. Monza güclü klubdur. Bir neçə il sonra klubun əsas liqada mübarizə aparacağına inanırıq”.

Berluskoni Milan-ı 1986-cı ildə almışdı. O, klubu 2017-ci ildə çinli biznesmenə 860 milyon dollara satıb.