Real dördüncü çempionluğu Barcelona-nı məğlub edərək qazanmaq istəyir


İdman 19 Sen 2018 14:10:00 275 0

Real dördüncü çempionluğu Barcelona-nı məğlub edərək qazanmaq istəyir

Real Madrid-in prezidenti Fiorentino Perez baş məşqçi Lopoteqiyə Çempionlar Liqasını qazanmaq tapşırığı verib. "Kral klubu" cari mövsümdə ardıcıl dördüncü çempionluğu əldə etmək niyyətindədir.

Goal.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, Perez Lopoteqi ilə bu barədə danışarkən şahidlərin qulağından qaçmayıb:

"Məqsəd "Vando Metropolitano"da qələbə qazanmaqdır - (ÇL finalı Atletico Madrid-in stadionunda keçiriləcək). Rəqib Barcelona olsa daha yaxşı olar" - Perez ironiya ilə deyib.

Klub prezidenti daha sonra əlavə edib: "Çempionluğu o stadionda qazanmaq əla olacaq".