Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"


Digərləri 19 Sen 2018 13:51:00 350 0

Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"

Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə. 

Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilən xalq artisti Rasim Balayev fəxri ad almış mədəniyyət xadimlərinə orden və medalların təqdim olunması mərasimində mədəniyyət naziri Əbülfəs Qarayevə deyib. 

O bildirib ki, bu ordeni avans kimi alır: "Bunun cavabını vermək lazımdır və cavabı da yalnız filmlə verə bilərik. Dostcasına bir arzum var. Gizlin deyil ki, Azərbaycan kinosu bu gün bizim və sizin istədiyiniz səviyyədə deyil. Mən xahiş edirəm, həyəcan təbili çalınsın. Kinomuzun böyük ənənələri var və siz də qeyd etdiniz ki, bu davam edəcək.


Xəbərə aid fotolar