Prokuror qadını şantaj edən şəxsə 7 il 6 ay cəza istədi


Digərləri 19 Sen 2018 13:51:07 234 0

Prokuror qadını şantaj edən şəxsə 7 il 6 ay cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.İsmayılovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.