Kürdəmirdə qətl hadisəsi baş verib


Digərləri 19 Sen 2018 13:56:50 227 0

Kürdəmirdə qətl hadisəsi baş verib

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə Kürdəmir şəhər sakini E.Məmmədova ölümcül xəsarət yetirib hadisə yerini tərk etmiş M.Əhmədov saxlanılıb

Bakı. Kürdəmirdə qətl hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.