Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib


Digərləri 19 Sen 2018 13:03:00 322 0

Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib

İsrailin paytaxtı Tel-Əviv şəhərində sentyabrın 02-06 tarixlərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib.

Bakı. İsrailin paytaxtı Tel-Əviv şəhərində sentyabrın 02-06 tarixlərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib. Trend-in məlumatına görə, tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfındən İsrailin Səhiyyə Nazirliyi və Tel-Əviv Universitetinin dəstəyi ilə Dan Tel-Əviv otelində təşkil olunub. Konqresdə məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və praktiki problemləri müzakirə olunub: - məhkəmə-tibbi ekspertiza; - hüquqi məsuliyyət və risklərin qiymətləndirilməsi; - pasiyent hüquqları və pasiyent təhlükəsizliyi; səhiyyə qanunvericiliyi və tibbi etika; - həyatın başlanğıcında və sonunda olan hüquqi və etik məsələlər; - reproduktiv texnologiyaların hüquqi və etik məsələləri; - bioetika və insan haqları; - ruhi sağlamlıq sahəsində hüquqi və etik məsələlər; - ictimai səhiyyə və ekoloji etika; - humanitar təbabət; - din və tibbi etika, tədqiqat etikası və hüquq; - orqan və toxumaların transplantasiyası; - genetika, etika və hüquq. 2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib. Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub ki, komitədə o, Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsi ilə bağlı layihələr həyata keçirəcəklər. 2019-cu ildən professor Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində ölkəmizi təmsil etməyə səs toplayıb. Sevindirici hallardan ən əsası odur ki, konqresdə Azərbaycanı tək alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də çox səviyyəli təmsil ediblər.