Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə Lənkəran və Masallı rayonlarında seminar keçirib


Digərləri 19 Sen 2018 13:07:15 282 0

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə Lənkəran və Masallı rayonlarında seminar keçirib

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə Lənkəran və Masallı rayonlarında seminar keçirib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında işəgötürənlərin iştirakı ilə “Əmək normaları, əməyin ödənilməsi, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Lənkəran və Masallı rayonları ilə yanaşı, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarından olan ayrı-ayrı işəgötürənlər iştirak edib. Seminarda əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.