Ramin Musayev: "Rövnəq Abdullayev düşünsə ki, PFL-ə ehtiyac yoxdur, onda..." - MÜSAHİBƏ


İdman 19 Sen 2018 12:36:00 142 0

Ramin Musayev: "Rövnəq Abdullayev düşünsə ki, PFL-ə ehtiyac yoxdur, onda..." - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Report”a müsahibə verib.

Goal.az həmin müsahibəni təqdim edir:

- İcraiyyə Komitəsinin son iclasında AFFA Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin vahid komitə kimi birləşdirilməsi, sədr vəzifəsinə avstriyalı Friks Ştuxlikin təyin edilməsi barədə qərarı necə qəbul etdiniz?

- Çox müsbət qəbul edirəm. Çoxdan qəbul olunması lazım idi. Bu, nə AFFA-nın, nə də mənim düşündüyüm qərardır, UEFA-nın öz tələbidir. Ona görə də bu tələbə əməl olunmalıdır.

- Əvvəllər də Azərbaycana əcnəbi hakimlərin, eləcə də Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbinin gətirilməsi fikri səslənirdi. Amma həmin vaxt cavab mənfi olurdu. Səbəb kimi öz hakimlərimizin olması göstərilirdi...

- Hakimlər Komitəsinin sədri məsələsini ilk dəfə eşidirəm. Amma əcnəbi hakimlərin dəvət edilməsinin həmişə əleyhinə olmuşam. İndi də əleyhinəyəm. Ona görə ki, öz hakimlərimiz var və onlara diqqət böyükdür, münasibət yaxşıdır. Yaxşı olar ki, oyunlarda öz hakimlərimizdən istifadə edək. O zaman əcnəbi hakim dəvət edə bilərik ki, yetərincə hakim olmasın və ya hakimlərimizin idarəçiliyi bizi qane etməsin. Fikrimcə, xaricdən hakim çağırmağa ehtiyac yoxdur. Bununla belə, Hakimlər və Hakim-İnspektorlar Komitəsi sədrinin əcnəbi olmasında heç bir problem görmürəm. Zaman bizə yanılmadığımızı göstərəcək.

- Sizcə, bu, Xaqani Məmmədovun AFFA Hakimlər Komitəsi sədri kimi fəaliyyətinin qaneedici olmamasından irəli gəlmir?

- Söz-söhbətlərə qulas asmaq lazım deyil. AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasında da dedi ki, PFL-in fəaliyyətindən və Xəqani Məmmədovun çalışdığı dövrdəki işindən narazılığı yoxdur. Sadəcə, bu struktur dəyişikliyi UEFA-nın tələb etdiyi məsələdir. Fikrimcə, bu, bizim lehimizə atılan addımdır. Avropadan gələn yeni sədrin köməyi ilə hakimlərimizin çoxdan gözlədiyi 4-cü FIFA referisi məsələsi həll olunar. Frits Ştuxlikin əlaqələri ilə 4-cü FİFA referisi qazanarıq. Bunlar baş versə, sevinərik.

- Qərarlardan biri də Hakimlər və Hakim-İnspektorlar Komitəsinin birbaşa AFFA-nın İcraiyyə Komitəsinin tabeçiliyinə verilməsidir. Əvvəllər hakim təyinatları PFL-in razılığı ilə gerçəkləşirdi. İndi bu məsələ necə tənzimlənəcək?

- Hələ ki, prosesləri izləyirik. Hansısa hakim haqqında neqativ məlumat əldə etmiş olsaq, bu barədə öz sözümüzü sədrə bildirəcəyik. Sözsüz, yeni gəlmiş insan da istəməz ki, onun rəhbərlik etdiyi komitədə nöqsan olsun.

- Hakimlər Komitəsinin yeni sədri - Frits Ştuxliklə görüşüb, hansısa məsələni müzakirə etmisinizmi?

- Görüşmüşəm, təyinatı ilə bağlı təbrik də etmişəm. Ancaq hansısa məsələni müzakirə etməmişik. Düşünürəm ki, müzakirəyə ehtiyac yoxdur. Hazırda öz işi ilə tanış olur. Ona yardım edən insanlar var. Yəqin ki, yenə görüşümüz olacaq.

- Hakimlər və Hakim-İnspektorlar Komitənin strukturu necə formalaşacaq: Əvvəllər müəyyən səhvlərinə görə hakimlikdən uzaqlaşdırılmış şəxslərin də komitəyə cəlb olunacağı bildirilir. Onların qaytarılması yenidən problem yaratmayacaq?

- Mənim üçün heç bir fərqi yoxdur. Hər kəs öz işlədiyi müddətə cavabdehdir. Hansısa problem yaradan olsa, vəzifəsindən uzaqlaşdırılacaq.

- Yeni sədrin gəlişi hakim səhvlərinin çox olduğu tura təsadüf etdi. Premyer Liqanın IV turunda diqqət çəkən səhvləri necə dəyərləndirirsiniz?

- Yəqin ki, yeni sədrin gəlişindən sonra həyəcanlı olublar. Etdikləri səhvlər də bununla bağlıdır. Fikrimcə, elə də ciddi səhvlər olmadı.

- Epizodları tək-tək dəyərləndirək. Sizcə, “Qarabağ” – “Sumqayıt” (1:0) görüşündəki mübahisəli epizodda penalti təyin edilməli idi?

- Fikrimcə, Rəşad Sadıqovun epizodunda qayda pozuntusu var idi. Məncə, penalti təyin edilməli idi. Hətta, “Qarabağ”ın oyununda 2 penalti epizodu olduğunu düşünürəm. Biri Sadıqovla bağlı epizoddursa, digəri Ağdam komandasının müdafiəçisinin hücumçunun belindən aşdığı epizoddur. Hər iki halda “Qarabağ”ın qapısına penalti təyin olunmalı idi.

- “Neftçi”nin ”Keşlə”nin qapısına vurduğu ikinci qol barədə nə düşünürsünüz?

- Düşünürəm ki, həmin epizodda yan xat hakimi oyundankənar vəziyyət qeydə almalı idi. Görünür, yan xətt hakimi qapıçını unudub. Amma bu səhv oyunun nəticəsinə təsir etmədi. Çünki matça əlavə olunmuş sonuncu - 3-cü dəqiqə gedirdi və hesab 1:0 “Neftçi”nin xeyrinə idi.

- Söhbət səhvin hesaba təsir etməsindən deyil, yan xətt hakiminin qaydaları bilməməsindən gedir...

- O, da insandır. Oyun zamanı həyəcanlı olub və düşünürəm ki, qapıçının öndə olduğunu unudub. Səhvini başa düşəndə isə artıq gec olur... Yenə hakimləri müdafiə etdiyimi düşünə bilərsiniz. Ancaq mən haqqı deyirəm.

- Əvvəllər İntizam Komitəsi turun oyunları ilə bağlı qərarlar qəbul edən zaman hakimlərin işinə Hakimlər Komitəsinin qiymət verməli olduğunu da bəyan edirdi. Amma bu dəfə bu məsələ qərarlarda əksini tapmamışdı...

- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri bu məsələyə artıq qiymət verib. Onun fikrinin nə olduğunu bilmirəm. İstənilən halda, fikirlərinə hörmət edirəm.

- PFL tədricən səlahiyyətlərini itirir. Bu haqda nə deyə bilərsiniz?

- Əvvəla, səlahiyyətlər itirilmir. Hakimlər Komitəsi həmişə AFFA-ya tabe olub, bu, indi də belədir. Sadəcə, əvvəllər biz daha çox hakimlik məsələsi ilə məşğul olurduq. İndi isə bu qərarı qəbul edənlərə öz minnətdarlğımı və təşəkkürümü bildirirəm. Çünki mənim yüküm bir qədər azaldı.

- Əvvəllər necə idi, indi nələr dəyişdi?

- Hələ bu günə qədər görmədim ki, hakimin səhvindən qələbə qazanan komanda bunu dilə gətirsin. Bütün komandalar hakimin onları uduzdurduğunu deyir. Xatırlayıram, bir dəfə hakim “Qarabağ”ın leyhinə səhvən 11 metrlik cərimə zərbəsi təyin etmişdi. Qurban Qurbanov da oyunçusuna penaltini düzgün yerinə yetirməməyi tapşırmışdı. Sonradan baxdıqda isə penaltinin düzgün qərar olduğu bildirilmişdi.

- Amma bu dəfə baş verən epizoddan sonra nə klub rəsmiləri, nə də Rəşad Sadıqov penaltinin olub-olmadığına dair heç nə demədi...

- Bu mövzu haqda heç nə demək istəmirəm. Düşünürəm ki, ən yaxşı mövqe susmaqdır.

- Bir neçə ildir Azərbaycan Premyer Liqadasında 8 komanda mübarizə aparır. I Divizionda da komanda sayı azdır. Bu məsələnin də səlahiyyətlərinizin zəifləməsində təsiri yoxdur?

- Məlum səbəblərdən bəzi komandalarımız bağlanmalı oldu. Bu yaxınlarda Hafiz Məmmədov açıqlama vermişdi ki, yenidən qayıdırlar. Ümid edirəm ki, onlar da qayıdarlar, çempionatımızda komandaların sayı artar. Əvvəllər futbola yatırım edən şəxlərin sayı çox idi. İndi isə maliyyə azalıb. Ancaq heç kimi futbola vəsait ayırmağa məcbur edə bilmərik. Hələlik səbr etməliyik.

- Belə bir fikir var - PFL öz səlahiyyətlərini itirdikcə, qurumun varlığına ehtiyc duyulmayacaq. Bununla bağlı nə düşünürsünüz?

- Biz səlahiyyətlərimizi itirməmişik. AFFA-nın rəhbəri Rövnəq Abdullayev düşünsə ki, PFL-ə ehtiyac yoxdur, onda bağlayarlar. Vacib olan odur ki, bu 10 ildə bizim fəaliyyətimizdən narazı qalmayıblar. PFL yarandıqdan sonra çempionatımızın səviyyəsi və gəldiyi yer də göz qabağındadır. Biz gələndə I və II kateqoriyaya daxil olan hakimimiz yox idi. Ancaq indi I kateqoriyalı hakimimiz var, II kateqoriya isə Əliyar Ağayevin timsalında artıq arxada qoyulub. Qonşu ölkələrdən yalnız Rusiyanın I dərəcə kateqoriyasına daxil olan hakimi mövcuddur. Qürür hissi ilə deyə bilərik ki, Əliyar Ağayev I dərəcəli hakimlik kateqoriyasına yüksəldi. Çempionlar Liqasının himni bizim fəaliyyət göstərdiyimiz dönəmdə Azərbaycanda səsləndi. Sadaladıqlarımda bizim də öz payımız var. Bunlar uğurdur, gizlətmək mümkün deyil.

- Bəs işinizin pik nöqtəsinə çatdığınızı demək olar?

- Bəli, bunu deyə bilərik. Bu, faktdır, danmaq və ya gizlətmək olmaz.

- Deyirlər ki, zirvəyə qalxmaq çətin, düşmək isə asandır...

- Biz hələ zirvədəyik, oradan düşməmişik.

- Milli komandanın çıxışları haqda nə düşünürsünüz?

- Mənim milli komandaya heç bir aidiyyatım yoxdur. Ona görə də heç nə demək istəmirəm. Ataların yaxşı bir sözü var: “Sözün dəyərini itirməkdənsə, az danış”.

- Lisenziyalaşdırma ilə bağlı qərarı necə şərh edərdiniz? Əvəzedici komandanın yarışlarda iştirakı meyarı “A”dan “B” dərəcəli meyara keçirildi...

- Burada əsas məsələ komandaların maliyyəsi ilə bağlıdır. Maliyyə açıq olmalıdır və klublar borclarını vaxtında ödəməlidirlər. Şəffaflıq əsas prinsip olmalıdır.

- Komandaların borcları nə yerdədir?

- Borclar yavaş-yavaş ödənilir. Hər şey qaydasındadır.

- Danışılmış oyunlarla bağlı problemlər artıq həll olunub?

- Artıq UEFA-dan gələn avropalı qonağımız var. Ümid edirik ki, belə problemlərlə qarşılaşmarıq.

- “Neftçi”nin şərəfini qoruyan Mirabdulla Abbassov vaxtilə “Sabahın ulduzları” turnirində 19 nömrəli forma ilə çıxış edirdi. Həmin vaxt onun hər oyununu izləyir və zövq alırdım. Hətta bir dəfə 19 qol vurmuşdu və ondan 20-ci qolu vurmamasını istədim. Məndən səbəbini soruşanda dedim ki, 19 nömrəli forma geyinirsən, 19 qol vurmusan, bəsdir, onssuz da bombardirsən. Onun oyununa görə çox sevinirəm. Mirabdullanın futbol oynamasında mənim də 0,1 faiz rolum var. Onun uğurlarına sevinirəm. İnsan da bir ağacı əkib ondan meyvə dərəndə, onu bazardan aldığı 100 kq meyvəyə dəyişmək istəmir. Bütün klublarımıza uğurlar arzulayıram. Fikrimcə, uşaq futboluna diqqət ayrılmalı, öz yetirmələrimizin sayı artmalı, yeni oyunçular yetişməlidir. Uşaq futboluna nə qədər çox diqqət ayrılarsa, futbolumuz daha da irəli gedə bilər. Uşaq futbolunda tanışlıq, dostluq, qohumluq kimi meyarlar nəzərə alınıb, komandalara futbolçu və məşqçilər cəlb olunmamalıdır. Futbolun içindən yetişmiş, futbolda uğur qazanmış nüfuzlu şəxslər uşaq futboluna başçılıq etməlidir. Ancaq belə olan halda gələcəkdə nəyəsə ümid edə bilərik.

Abşeronda toyuq sexlərində iyrənc mənzərə like
  • 19 Sen 12:33  
Digərləri Abşeronda toyuq sexlərində iyrənc mənzərə

Abşeron rayonunda sanitar qaydalara riayət edilmədən kəsim həyata keçirə

arrow Ətraflı
Abşeronda evdən 6 min dollar oğurlayan şəxs tutulub like
  • 19 Sen 12:32  
Digərləri Abşeronda evdən 6 min dollar oğurlayan şəxs tutulub

Oğurluq etdiyinə görə tutulmuş T.Xəlilovun daha bir evdən 6000 ABŞ dolla

arrow Ətraflı
Xoruz eyni hində qaldığı ördəyin yerişini təqlid etdi  VİDEO like
  • 19 Sen 12:28  
Dünya Xoruz eyni hində qaldığı ördəyin yerişini təqlid etdi VİDEO

Ördəklə eyni hində yaşayan xoruzun ördək kimi yeridiyi anlar sahibi tə

arrow Ətraflı
Londonda sürücü avtomobili insanların üzərinə sürdü - 2 yaralı like
  • 19 Sen 12:25  
Digərləri Londonda sürücü avtomobili insanların üzərinə sürdü - 2 yaralı

Londonun şimal-qərb hissəsində sürücü avtomobilini səkidə insanların

arrow Ətraflı
Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib like
  • 19 Sen 12:22  
Digərləri Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) yaranmasının 10 illiyi münasib

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb  FOTO like
  • 19 Sen 12:19  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb FOTO

Sentyabr ayının 19-da"AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb like
  • 19 Sen 12:16  
Dünya Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Saxlanılan şəxsləri 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası g

arrow Ətraflı
Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs polislər tərəfindən tutulub (FOTO) like
  • 19 Sen 12:15  
Digərləri Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs polislər tərəfindən tutulub (FOTO)

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçiri

arrow Ətraflı
Moskvadan havaya qalxan təyyarə məcburi endi like
  • 19 Sen 12:10  
Dünya Moskvadan havaya qalxan təyyarə məcburi endi

Omskdan Moskvaya uçuş edən S7 təyyarəsi Tümendə məcburi eniş edib.

arrow Ətraflı
"Sənə baxanda utanıram. Nə danışığını bilirsən, nə oturmağını ..." like
  • 19 Sen 12:09  
Digərləri "Sənə baxanda utanıram. Nə danışığını bilirsən, nə oturmağını ..."

Bəzən yazılan xəbərin özü qədər hadisəyə maraqlı mövqe ortaya qoyan

arrow Ətraflı
SOCAR “Ümid-Babək” və “Qarabağ” yataqlarında işlərin aparılması üçün nəzərdə tutulmuş vəsaitlərin üçdə bir hissəsini alıb like
  • 19 Sen 12:09  
Digərləri

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Ümid-Babək” və “Qarabağ

arrow Ətraflı
Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi  VİDEO  FOTO like
  • 19 Sen 12:08  
Digərləri Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi VİDEO FOTO

Ötən gecə Londonda yaşayan müsəlmanlara hücum edilib.

arrow Ətraflı
Kseniya Sobçak ana olacaq like
  • 19 Sen 12:05  
Digərləri Kseniya Sobçak ana olacaq

Rusiyanın ən qalmaqallı aparıcısı Kseniya Sobçak ikinci dəfə ana olacaq

arrow Ətraflı
Rusiyada 23 nəfər şaurmadan zəhərlənib like
  • 19 Sen 12:01  
Digərləri Rusiyada 23 nəfər şaurmadan zəhərlənib

Rusiyada 20 nəfərdən çox insan küçə şaurmasından zəhərlənib.

arrow Ətraflı
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verdi like
  • 19 Sen 11:56  
Digərləri Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müd

arrow Ətraflı