Bakıda adlarını dəyişərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıb (FOTO)


Digərləri 19 Sen 2018 12:38:00 251 0

Bakıda adlarını dəyişərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıb (FOTO)

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində dələduzluq yolu ilə insanları aldadaraq onların etibarından sui-istifadə edən və pullarını mənimsəyən şəxslər saxlanılıb.

Bakı. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində dələduzluq yolu ilə insanları aldadaraq onların etibarından sui-istifadə edən və pullarını mənimsəyən şəxslər saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Çərkəz Həsənov Polis Şöbəsinə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar.