Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadının anası məhkəmədən vaxt istəyib


Digərləri 19 Sen 2018 12:42:00 257 0

Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadının anası məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edib.

O, müvəkkilinə yüngül cəza verilməsini istəyib.

Daha sonra N.Fərəcovanın vəkili Gülşən Salmanova müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Hakim deyib ki, zərərin bir qismi ödənilməyib.

Təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib.

Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün ona vaxt verib.

Proses sentyabrın 26-dək təxirə salınıb.