Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)


Digərləri 19 Sen 2018 12:42:06 210 0

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür. Trend-in məlumatına görə, anım günü münasibətilə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. Görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb. G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyan alimdir: "3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib". İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib: