Məhkəmə dünya çempionunun evini qarət edənlərə vaxt verdi


Digərləri 19 Sen 2018 12:46:00 221 0

Məhkəmə dünya çempionunun evini qarət edənlərə vaxt verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində peşəkar taekvandoçu Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində peşəkar taekvandoçu Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edərək müvəkkilinə yüngül cəza verilməsini istəyib. Sonra təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib ki, təqsirləndirilən şəxslər dəymiş zərəri ödəsinlər. Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün vaxt verib.