Moskvadan havaya qalxan təyyarə məcburi endi


Dünya 19 Sen 2018 12:10:00 279 0

Moskvadan havaya qalxan təyyarə məcburi endi

Omskdan Moskvaya uçuş edən S7 təyyarəsi Tümendə məcburi eniş edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra qadın sərnişin özünü pis hiss etməsi barədə bort bələdçilərinə xəbər verib. Bundan sonra təyyarənin kapitanı məcburi eniş barədə qərar qəbul edib.

Ötən gün saat 18.40 radələrində Tümendə eniş edən təyyarəni hava limanında təcili tibbi yardım briqadası qarşılayıb.