Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs polislər tərəfindən tutulub (FOTO)


Digərləri 19 Sen 2018 12:15:00 217 0

Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs polislər tərəfindən tutulub (FOTO)

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.

Bakı. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də idarəyə müraciət edən Sumqayıt şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb.