Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi VİDEO FOTO


Digərləri 19 Sen 2018 12:08:00 244 0

Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi  VİDEO  FOTO

Ötən gecə Londonda yaşayan müsəlmanlara hücum edilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, sürücü qəsdən qırmızı "Nissan" markalı avtomobilini Londonun şimal-qərbindəki məsciddən çıxan insanların üstünə sürüb. O, səkiyə dırmaşaraq  müsəlmanları əzib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Sürücü hadisə yerindən qaçmaq istəsə də, o, polislər tərəfindən saxlanılıb.

Avtomobildə onunla yanaşı başqa 2 nəfər də olub. Sürücü avtomobili piyadaların üstünə sürərkən müsəlmanları təhqir edəcək ifadələr işlədib.


Xəbərə aid fotolar