Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verdi


Digərləri 19 Sen 2018 11:56:00 232 0

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Suriyda vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".