"Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü, ya da əmim oğlunu seçməliyəm"


Digərləri 19 Sen 2018 11:29:54 330 0

"Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü, ya da əmim oğlunu seçməliyəm"

Atamla anam məni azad yaşamağa qoymurlar. Onlar demokrat və mütərəqqi insanlar olduqlarını desələr də, tam tərsidir. Atam bakirəliyimi yoxldatdı, sonra dedi ki, ya ölümü, ya da əmim oğlunu seçməliyəm.

London sakini, 18 yaşlı Safiyə Eydani belə deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Londondakı Kinqston Kral Məhkəməsində (Kingston Crown Court) Safiyənin şikayəti əsasında məhkəmə prosesi başlanıb. O, atası, 56 yaşlı Əli Səfərini və anası, 42 yaşlı Mitra Eydanini məhkəməyə verib.

Onun dediyinə görə, valideynlərinin sərt və amansız təzyiqi ilə qarşılaşması ilə bahəm, ölüm təhdidi ilə üzləşib.

Safiyə şikayətində bildirib ki, anası onu dişləyib, atası isə bıçaqla başını kəsmək istəyib.

Londonun cənubunda yaşayan Safiyə "azad, Qərb həyatı" yaşamaq istəyir. 18 yaşlı qızın 18 yaşlı Beyli Marşal-Tefler adlı sevgilisi də var.

Hər şey də Əli Səfərinin işdən evə qayıdanda qızını qonaq otağında Beyli ilə görməsindən sonra başlayıb.

"Atam qışqırdı, söydü, Beylini qovdu. Sonra məni vurub yerə yıxdı, qaçıb mətbəxdən bıçaq götürdü ki, əxlaqsız olduğum üçün başımı kəsəcək. Qaçıb qonşuya getdim. Arxamca anam gəldi, məni dartaraq zorla evə apardı. Orada məni döydülər", - Safiyə deyib.


Xəbərə aid fotolar