Qadın alverçilərinin dəstə başçısı olan Züleyxa tutuldu


Digərləri 19 Sen 2018 11:02:00 239 0

Qadın alverçilərinin dəstə başçısı olan Züleyxa tutuldu

Azərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən 1963-cü il təvəllüdlü Züleyxa Nüsrəddin qızı Həsənova həbs edilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.


Xəbərə aid foto