Nazir müavini: "Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər" FOTO


Digərləri 19 Sen 2018 11:04:00 289 0

Nazir müavini: "Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər"  FOTO

Paytaxtın ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

M.Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində ümumi təhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərindən danışıb.

Nazir müavini bildirib ki, ötən tədris ilində "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində məktəblərin fəaliyyətində inkişafyönlü tədbirlər də daim diqqət mərkəzində saxlanılıb. 2018-2019-cu tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.


Xəbərə aid fotolar