Azərbaycandakı həbsxanalardan 17 nəfər qaçıb


Digərləri 19 Sen 2018 10:52:00 216 0

Azərbaycandakı həbsxanalardan 17 nəfər qaçıb

2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, 2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.

Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.