Rəqəmsal Ticarət Qovşağının konfransında ilk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək (FOTO)


Digərləri 19 Sen 2018 10:42:45 209 0

Rəqəmsal Ticarət Qovşağının konfransında ilk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ilk dəfə olaraq qeyri-rezidentlərə elektron imza təqdim olunacaq.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ilk dəfə olaraq qeyri-rezidentlərə elektron imza təqdim olunacaq. Mərkəzdən Trend-ə verilən məlumata görə, oktyabr ayının 31-də artıq yeni formatda təqdim olunacaq Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında iştirak edəcək xarici qonaqlarla aparılan danışıqlar yekunlaşıb.