700 bal toplamış gənc: "Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANMdır"


Digərləri 19 Sen 2018 10:30:00 278 0

700 bal toplamış gənc: "Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANMdır"

Bu ilin qəbul imtahanında 700 bal toplayan ­­­­­­­­­­­­­­­­­Şəkər Qədirli Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Şəkər, özünüz haqda bir az danışın.

- Mən Qədirli Şəkər, Göyçay rayonunun Ləkçıplaq kəndində dünyaya gəlmişəm. Öz uşaqlığımı elə həmin kənddə keçirmişəm. Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbdə orta təhsilimi almışam.

- Necə oldu ki, 700 bal toplaya bildiz?

- Aprel ayının 1-də sınaq imtahanında 700 bal topladım və bu mənə böyük stimul verdi. İlk qəbul imtahanında 685 bal topladım, təbii ki, bu məni qane etmədi. Özümə inanırdım və daha əzmlə çalışmağa davam etdim. Nəhayət, 2-ci qəbul imtahanında 700 bal topladım.

- Qəbul imtahanında göstərdiyiniz uğur kimin sayəsində mümkün oldu?

- Qəbulda uğuruma görə ən birinci özumə minnətdaram, öz zəkam və əzmkarlığım sayəsində bu uğuru qazanmışam. Valideynlərimə, xüsusilə anama təşəkkür bildirirəm ki, mənə təhsil almağım üçün şərait yaradıblar. Anam həm də xarici dil müəlliməm olub. Hələ uşaqlıqdan anamın dünyagörüşünə heyran qalırdım. Fransız dili müəlliməsi olsa da, mənə riyaziyyat, fizika ilə bağlı dəyərli məlumatlar verirdi. Mən həmişə anam kimi olmaq istəmişəm.

- Niyə I qrupa üstünlük vermisiz?

- Mən yuxarı siniflərdə artıq dəqiq elmlərə marağımın daha çox olduğunu anladım. Ona görə də I qrupu seçdim.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

- Mən riyaziyyat, fizika, kimya kimi fənləri çox sevirəm. Xüsusilə də, həndəsə məsələlərinin, fizika məsələlərinin həllərində çox kreativəm, yəni kiminsə ağlına gəlməyən daha sərfəli yollar tapmaq mənə zövq verir. Bəzən beynimin sərhəd tanımamasına heyran qalıram.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır. Son bir neçə ildə mən buna əmin oldum. Elə bacım da BANM-ın "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda intellektual oyunlar oynayıram, fantastik filmlər, bir də cizgi filmlərini izləyirəm.

- Mühəndis olmaq istəyirsiz. Sizə bu peşə xanım üçün çətin olmaz ki?

- Düşünürəm, əgər bir insanın hər hansı sahədə bilik və istedadı varsa, onun qadın və ya kişi olmasının fərqi yoxdur.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?