Sabah Aşuradır


Digərləri 19 Sen 2018 10:35:00 270 0

Sabah Aşuradır

Sabah, sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, hər il olduğu kimi bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində olacaq.

Aksiyalar səhər 9:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.