Zapdakı əməliyyat Qaraya keçdi - 8 terrorçu məhv edildi


Digərləri 19 Sen 2018 10:27:00 236 0

Zapdakı əməliyyat Qaraya keçdi - 8 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir. Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib. Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında bu gün daha 8 terrorçu məhv edilib. Terrorçuların Qara rayonunda məhv edildiyi qeyd edilir. Məlumata görə, terrorçular Türkiyənin sərhədlərini pozaraq həmin ərazidən daxil olmağa cəhd ediblər.