Bakıda havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərilib


Digərləri 19 Sen 2018 09:46:00 281 0

Bakıda havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərilib

Bakıda havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərilib

Bakı. Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin Yol Verilən Qatılıq Həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən “məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.