Bakıda böyük tıxac yarandı


Digərləri 19 Sen 2018 09:26:00 235 0

Bakıda böyük tıxac yarandı

Bakının girişində böyük tıxac yaranıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əsas tıxac paytaxtın "Şamaxı yolu" adlanan ərazisində yaranıb. Tıxac hətta Abşeron rayonunun Masazır qəsəbəsinə qədər uzanıb.

Hazırda Bakının Yasamal rayonunun Zərdabi küçəsi və Mətbuat prospektində, Tbilisi prospektində, Bakıxanov küçəsində güclü tıxac var.

Bununla yanaşı, paytaxtın digər küçələrində də avtomobillərin sıxlığı müşahidə olunur.